Kreml Ermənistan mətbuatını təkzib edib: Putin-Paşinyan görüşündə hər hansı sənəd imzalanmayacaq

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan iyulun 7-də Moskvada Dağlıq Qarabağ ətrafında məsələni müzakirə edəcəklər.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Bununla belə, o, tərəflər arasında hər hansı sənədin imzalanmasının nəzərdə tutulmadığını deyib.

Jurnalistlərin liderlərin görüş zamanı Rusiya sülhməramlılarının Ermənistan sərhədində yerləşdirilməsi variantlara baxacağı və müvafiq sənəd imzalayacağı barədə Ermənistan KİV-ində gedən məlumatları şərh etməsi xahişinə cavab olaraq Kremlin sözçüsü bu informasiyaların həqiqətə uyğun olmadığını bəyan edib.

“Əlbəttə, görüşdə Qarabağ da, orada yerləşdirilmiş Rusiya hərbçiləri də, bütövlükdə ikitərəfli münasibətlər də müzakirə olunacaq. Lakin hansısa sənədin imzalanması planlaşdırılmır”, – deyə o vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

FHN Qazaxda sərhəd zolağında baş verən yanğınla bağlı məlumat yayıb

Sonrakı məqalə

Haiti Prezidenti sui-qəsd nəticəsində öldürülüb