Kreml NATO-ya cavab verib

 

NATO-nun vəziyyəti qiymətləndirmə sistemində problemlər var.

Moskva müxbirinin xəbərinə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov NATO-nun Ukrayna ilə sərhəddə Rusiya qoşunlarının sayının artırılması ilə bağlı bəyanatını cavablandırarkən bildirib.

“NATO-da vəziyyətin qiymətləndirilməsi sistemində müəyyən əngəl var. Bu, şübhəsiz ki, NATO nümayəndələrinə vəziyyəti ayıq şəkildə qiymətləndirməyə imkan vermir. Problemlər var. Vəziyyəti qiymətləndirmə sistemində problemlər var”, – Peskov vurğulayıb.

Qeyd edək ki, NATO-nun Baş katibi Yens Stoltenberq şimal alyansının Moskvadan diplomatik səyləri davam etdirmək üçün müsbət siqnallar gördüyünü, lakin bununla belə, hələ ki Ukrayna ətrafında de-eskalasiyanı görmədiyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dövlət Turizm Agentliyinə yeni mətbuat katibi təyin olunub

Sonrakı məqalə

TƏBİB-ə yeni mətbuat katibi təyin edilib