Kreml Paşinyanın “İsgəndər”lərin yararsız olması barədə dediklərinə münasibət bildirib

25 Fevral 2021 - 14:33

Rusiya hərbi texnikası dəfələrlə öz effektivliyini nümayiş etdirib.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın “İsgəndər” operativ-taktiki raketlərinin yararsız olması barədə dediklərinə münasibət bildirərkən deyib.

“Biz bunu şərh etmirik. Rusiya texnikası dəfələrlə öz effektivliyini dünyanın müxtəlif nöqtələrində nümayiş etdirib”, – deyə Kremlin sözçüsü vurğulayıb.(APA)