“Ordu mənim tabeliyim altındadır” –Paşinyan tərəfdarları ilə meydana gedir

Baş nazir Paşinyan öz tərəfdarları qarşısına çıxaraq birgə Respublika meydanına tərəf yola düşüb.

Azpost.info bildirir ki, baş nazir vəziyyətin nəzarət altında olduğunu deyib.

“Toqquşma təhlükəsi həmişə var. Amma biz razılıq əldə etməliyik. Əsas odur ki, biz hamımız sakitik. Ölkə daxilində düşmənimiz yoxdur. Amma bəzi məsələlər var ki, müzakirə olunmalıdır”.

“Ordu kimə tabedir?” sualına Paşinyan “Xalqa və Baş nazirə” cavabını verib. “Başqa variant yoxdur”.

Onun sözlərinə görə, çevriliş təhlükəsi idarəolunandır. “Mən bunu emosional reaksiya hesab edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan müxalifəti də tərəfdarlarını Azadlıq meydanına çağırdı

Sonrakı məqalə

Kreml Paşinyanın “İsgəndər”lərin yararsız olması barədə dediklərinə münasibət bildirib