“Priqojinin Putinin göstərişi ilə öldürüldüyü barədə deyilənlər yalandır” –- KREMLDƏN AÇIQLAMA

“Kreml “Vaqner”in rəhbəri Yevgeni Priqojinin təyyarəsinin qəzaya uğramasında iştirak etməyib və bu barədə deyilənləri yalan hesab edir”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“İndi bu qəzanın – Yevgeni Priqojin də daxil olmaqla, təyyarənin sərnişinlərinin faciəvi ölümü ətrafında çoxlu fərziyyələr var. Təbii ki, Qərbdə bütün bu fərziyyələr müəyyən bucaqdan təqdim olunur. Bütün bunlar tamamilə yalandır”, – Peskov deyib.

Onun sözlərinə görə, bu məsələdə faktlara əsaslanmaq lazımdır.

“Prezident yaxın gələcəkdə yekunlaşacaq təhqiqatın nəticələrini gözləyir”, – Peskov xatırladıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.