Kreml Putinin prezident seçkilərindəki nümayəndələrinin siyahısını hazırlayır

Rusiya Prezident Administrasiyası 2024-cü ildə keçiriləcək prezident seçkilərində hökumət namizədi üçün nümayəndələrin siyahısını formalaşdırmağa başlayıb.

Azpost.info xəbər verir ki, Rusiyanın üç regionunun rəhbərliyinə yaxın mənbələr bildiriblər ki, belə siyahıların tərtib edilməsi ilə bağlı müraciət regional administrasiyalara daxil olub və ötən həftə regionlar onları Moskvaya göndəriblər.

Kreml etibarlı nümayəndənin əsas vəzifəsi kimi aşağıdakıları qeyd edib: namizədin dəstəyinin səviyyəsini artırmaq və heç bir halda onun azalmasına imkan verməmək.

Nümayəndələrə natiqlik, eləcə də seçki kampaniyasının əsasları öyrədiləcək.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.