Kreml Putinlə Lukaşenkonun telefon danışığının detallarını açıqlayıb

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında telefon danışığı olub.

Belarus tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Lukaşenko rusiyalı həmkarını ölkəsində prezident seçkilərindən sonra yaranan vəziyyət barədə məlumatlandırıb.

“Hər iki tərəf baş verən problemlərin tez bir zamanda nizamlanacağına əminliyini bildirib. Başlıcası odur ki, bu problemlərdən iki ölkənin qarşılıqlı sərfəli əməkdaşlığına zərər vurmağa çalışan destruktiv qüvvələr yararlanmamalıdır. Belarusda saxlanılan 32 Rusiya vətəndaşının qaytarılması ilə bağlı hər iki ölkənin profil strukturlarının sıx əməkdaşlığına müsbət qiymət verilib. Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb”, – deyə Kremlin məlumatında qeyd olunub. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Şirkətlər yaradırlar, qalib olur, sonra ləğv edirlər” –

Sonrakı məqalə

Azərbaycanda daha 89 nəfər koronavirusa yoluxub –