Kreml: Ukraynanın Rusiya ilə danışıqlara qadağası hələ də qüvvədədir

Peskov
Peskov

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukraynanın Rusiya ilə birbaşa danışıqlara qoyduğu qadağa hələ də qüvvədədir. AzPost xəbər verir ki, o, bu barədə Kreml brifinqində jurnalistlərin sualını cavablandırarkən danışıb. Peskovun sözlərinə görə, bu məhdudiyyətin mövcudluğu artıq hər kəs üçün aydın və danılmaz faktdır.

O, Vladimir Putinlə Voladimir Zelenski arasında mümkün danışıqlar ehtimalı ilə bağlı suala cavab olaraq bildirib ki, Ukrayna tərəfinin hazırda Rusiya ilə dialoqa qapıları açıq deyil. Kreml rəsmisi qeyd edib ki, bu fakt beynəlxalq ictimaiyyətə də məlumdur.

Qeyd edək ki, Ukrayna rəhbərliyi müharibənin davam etdiyi bir vaxtda Rusiya ilə danışıqlara getməyin məqsədəuyğun olmadığını bəyan etmişdi.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.