Kremldə Putinlə Tokayevin görüşü olacaq

Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Kasım-Jomart Tokayev noyabrın 28-də Kremldə görüşəcəklər.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov iki ölkə arasında münasibətlərin dostluq və müttəfiqlik xarakteri daşıdığını deyib: “Görüşdə prezidentlər danışıqlar aparacaq, birgə səhər yeməyində olacaq, sənədlər imzalayacaq, Orenburqda keçiriləcək Rusiya və Qazaxıstan regionlararası əməkdaşlıq forumunun iştirakçıları qarşısında çıxış edəcəklər”.

Peskov onu da qeyd edib ki, Tokayevin səfəri Rusiya-Qazaxıstan münasibətləri üçün çox vacibdir.

Azpost.info

Əvvəlki məqalə

Lənkəran Dövlət Universitetinin müəllimlərinə fəxri adlar verilib –

Sonrakı məqalə

“Biz Nəcibə Axundovaya növbəti dəfə şans verdik” –