Putin və Tramp telefon danışığında Ukrayna ətrafındakı vəziyyətlə bağlı ətraflı və səmimi fikir mübadiləsini davam etdiriblər.
AzPost bildirir ki, bu barədə Kremlin yaydığı açıqlamda deyilir.
Həmçinin qeyd edilir ki, ABŞ və Rusiya prezidentləri dünyada təhlükəsizliyin təmin edilməsində xüsusi məsuliyyətləri fonunda münasibətlərin normallaşdırılmasında maraqlı olduqlarını bildiriblər.
Putin Trampa deyib ki, çərşənbə günü, martın 19-da Rusiya və Ukrayna məhbus mübadiləsi aparacaq. 175 əsir dəyişdiriləcək.
Putin Trampa “Ukraynadakı vəziyyəti davamlı şəkildə həll etmək yollarını birgə işləməyə hazır olduğunu” deyib”.
Rusiya və ABŞ Ukraynada sülh yolu ilə nizamlanma üzrə ekspert qrupları yaradacaq.
Putin Trampın Rusiya və Ukraynanın enerji infrastrukturuna zərbələrdən 30 günlük qarşılıqlı imtina etməsi ideyasını dəstəkləyib və hərbçilərə belə bir əmr verib.
Putin Trampa atəşkəs olacağı təqdirdə Ukraynada səfərbərliyin və Ukrayna Silahlı Qüvvələrinin yenidən silahlanmasının dayandırılmasının vacibliyini deyib.