Kremlin “taxıl demarşı” fonunda Türkiyə Rusiyadan alışı kəskin şəkildə azaldıb

Prezident Rəcəb Tayyib Ərdoğanın lobbiçiliyinə baxmayaraq, iyul ayında başa çatan “taxıl sazişi” ilə bağlı fikir ayrılıqları fonunda Rusiya mallarının Türkiyəyə çatdırılması kəskin şəkildə azalıb.

Azpost.info xəbər verir ki, iyun ayında Rusiyadan Türkiyəyə idxal cəmi 2,91 milyard dollar olub. Bu, 2021-ci ilin oktyabrından bu yana ən aşağı göstəricidir.

May ayı ilə müqayisədə Rusiyada Türkiyə alışlarının həcmi 36 faiz azalıb.

Rusiya nefti, qazı və digər mineral xammalın Türkiyə bazarına axını 20 faiz azalaraq 1,76 milyard dollara enib. Qeyri-əmtəə idxalı isə 54 faiz azalaraq 1,1 milyard dollara enib.

Azpost.info

Əvvəlki məqalə

Şeyx Misirin Azərbaycandakı səfiri ilə görüşüb

Sonrakı məqalə

Lukaşenko “Vaqner”in döyüşçülərini Belarus ordusunda görmək istəyir