Krım körpüsünə bu dəfə daha çox ziyan dəyib- Bərpası noyabra qədər çəkəcək

Krım körpüsünün hər iki tərəfində nəqliyyatın tam hərəkəti noyabrın 1-dək bərpa olunacaq.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Marat Xusnullin prezident Vladimir Putinlə görüşdən sonra bildirib.

“Hələlik körpüdə Taman-Kerç istiqamətində yalnız bir sağ zolaq işləyəcək və avtomobillərin oradan hər istiqamət üzrə növbə ilə keçməsinə icazə veriləcək. İlkin olaraq sentyabrın 15-dək bir tərəfdən ikitərəfli hərəkəti bərpa etməyi planlaşdırırıq. İkinci tərəfdən hərəkət bu il noyabrın 1-dək təmin ediləcəck. Layihə-smeta sənədləri hazırlandıqca vaxt tam dəqiqləşdiriləcək”, – Xusnullin deyib.

Baş nazirin müavini etiraf edib ki, dayaqlar zədələnməyib, lakin 600 tonluq bir arakəsmə tamamilə dağılıb və buna görə də körpünü keçən ilin oktyabrında ilk zərbədən sonra olduğu kimi asanlıqla bərpa etmək mümkün olmayacaq: “Bu texnologiya burada işləmir. Ona görə də biz çox güman ki, 250 metrlik müvəqqəti körpü tikəcəyik, oradan işləyəcəyik və ağır kranlarla bu aşırımları qaldıracağıq”.

Azpost.info

Əvvəlki məqalə

İraq Kürdüstanının başçısı Bərzani Azərbaycana gəldi –

Sonrakı məqalə

TBMM-in nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib