Krım körpüsünə hücum olub, 2 nəfər ölüb –Hərəkət dayandırılıb /FOTO

Gecə saatlarında Krım körpüsünə hücum olduğu bildirilir.

UNİAN-nın məlumatına görə, regionun rəhbəri Sergey Aksyonov bildirib ki, Krım körpüsündə aşırımlardan biri uçub, nəqliyyatın hərəkəti tamamilə dayandırılıb. Körpünün girişində uzun tıxacın yarandığı bildirilir.

“Mövcud vəziyyəti nəzərə alaraq yarımadanın sakinləri və qonaqlarından xahiş edirəm ki, alternativ quru yolu seçsinlər”, – Aksyonov bildirib.

Rusiyanın “Baza” teleqram kanalı bildirilib ki, ilkin məlumatlara görə, Krım körpüsünün aşırımının uçması nəticəsində azı 2 nəfər ölüb, bir nəfər isə yaralanıb.

Azpost.info

Əvvəlki məqalə

Bakıda 15 yaşlı oğlan itkin düşüb

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri