“Krokus” terrorçularına ölüm cəzası tələb olundu

Suicide rope loop. Suicide noose concept

Rusiya Dövlət Dumasının deputatı “Krokus Siti Holl” konsert zalında terror aktı törədən şəxslərin ən sərt şəkildə cəzalandırılmalı olduğunu bildirib.

AzPost bildirir ki, deputatın sözlərinə görə, Konstitusiya bəzi hallarda ölüm cəzasının tətbiqinə imkan verir və bu hadisə də həmin hallar sırasındadır.

O, bəzi hüquqşünasların ölüm cəzasının qanunla qadağan edildiyi fikrini “tamamilə yanlış” adlandırıb və bunun üçün yeni Konstitusiyaya ehtiyac olmadığını vurğulayıb.

Siyasətçi əlavə edib ki, bu qədər insanın həyatına son qoyan şəxslər Rusiyanın düşmənlərinin təhriki ilə hərəkət ediblər və buna görə də “ən yüksək cəza”ya layiqdirlər.

Deputat, bu konkret hadisədə məhkəmə səhvinin mümkün olmadığını və ölüm hökmünün ədalətli olacağını qeyd edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.