“KTMT Ermənistanın suverenliyinə təhdidlər yaradır”- PAŞİNYAN

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurub, çünki bu struktur ölkənin suverenliyinə təhdidlər yaradır.

Azpost.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan II Erməni Qlobal Sammitində deyib.

“İndi İrəvan təşkilatla münasibətlərdə geri dönüşü olmayan nöqtəyə yaxınlaşıb”, – Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, ölkəsi nə Rusiya, nə də Aİİ ilə iqtisadi əlaqələri kəsmək niyyətində deyil. Bununla belə, Ermənistan Aİ ilə ticarət dövriyyəsini artırmağı planlaşdırır.

Azpost.info

Əvvəlki məqalə

Kişi boşandığı keçmiş xanımını nə üçün öldürüb? –

Sonrakı məqalə

Ermənistanda dövlət çevrilişinə cəhdin qarşısı alınıb