Rusiya Ermənistanla təmasları davam etdirmək niyyətindədir və onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyü ilə bağlı vəziyyəti aydınlaşdıracaq.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Peskov bunu Ermənistan Baş naziri Nikol Paşinyanın İrəvanın KTMT-ni bu strukturun öhdəliklərini yerinə yetirməməsi və onun məsuliyyət sahəsini tanımaması halında tərk edəcəyi ilə bağlı sözlərini şərh edərkən deyib.
“Bizə həm KTMT çərçivəsində, həm də erməni tərəfdaşlarımızla ikitərəfli səviyyədə təmaslar lazımdır. Ermənistan Baş nazirinin bəyanatlarına uyğun olaraq aydınlaşdırıb danışacağıq”, – Peskov bildirib.
Peskov KTMT-nin Paşinyanın bu cür bəyanatlarına necə baxdığı sualına cavab verməyib. Onun sözlərinə görə, bu barədə təşkilatın özündən soruşmaq lazımdır və onun adından danışmaq yersizdir.
Azpost.info