Ermənistanla KTMT arasında münasibətlərdə heç bir dəyişiklik yoxdur.
Azpost.info xəbər verir ki, bu barədə Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sarkis Xandanyan jurnalistlərə bildirib.
“Ermənistan son vaxtlar KTMT-nin fəaliyyətində iştirak etməyib, ona görə də hazırda KTMT ilə münasibətlər həqiqətən dondurulub”.
Deputat qeyd edib ki, KTMT ilə münasibətlərin dondurulması hüquqi yox, siyasi qiymətdir.
Azpost.info