KTMT-nın Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı təcili iclas təxirə salınıb

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı təcili iclas təxirə salınıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov “RİA Novosti” agentliyinə bildirib.

“KTMT Daimi Şurasının Ermənistan-Azərbaycan sərhədində vəziyyətin müzakirə ediləcəyi formatın müəyyənləşdirilməsi üçün iclasın keçirilməsi üzv dövlətlərlə əlavə məsləhətləşmələrin aparılması zərurəti səbəbindən təxirə salınıb”, – deyə KTMT mətbuat katibi bildirib.

Qeyd edək ki, daha əvvəl Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı KTMT-nın baş katibi Aleksandr Zasın təşəbbüsü ilə iyulun 13-də qurumun Daimi Şurasının təcili iclasının çağırılması ilə bağlı məlumat yayıb. Həmin məlumat KTMT-nin saytında yerləşdirilib. Lakin sonradan həmin məlumat saytdan yığışdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rəhim Qazıyev saxlanıldı, barəsində cinayət işi başlanıldı –

Sonrakı məqalə

BVF: