“KTMT ölkələri arasında hərbi-texniki əməkdaşlıq artırılmalıdır”- Tacikistan prezidenti

“KTMT-yə üzv ölkələr arasında siyasi, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın səmərəliliyi artırılmalıdır”.

Azpost.info xəbər verir ki, bunu Tacikistan prezidenti Emoməli Rahmon Düşənbədə KTMT Baş katibi İmanqali Tasmaqambetovla bugünkü görüşündə deyib.

“Prezident siyasi aspektdə əməkdaşlığın qurulmasının, KTMT-nin beynəlxalq fəaliyyətinin genişləndirilməsinin, hərbi, hərbi-texniki və hərbi-iqtisadi əməkdaşlığın səmərəliliyinin artırılmasının aktuallığını vurğuladı”, – Tacikistan prezidentinin mətbuat xidməti bildirib.

Tacikistan lideri həmçinin KTMT-də terrorizm və radikalizmin təzahürləri ilə mübarizə üzrə hərtərəfli işin gücləndirilməsinin vacibliyinə toxunub.

Tərəflər Əfqanıstandakı vəziyyətlə bağlı da fikir mübadiləsi aparıblar.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.