Kuba prezidenti Trampın hədələrinə cavab verdi –"Müqavimətlə qarşılaşacaq"

“İstənilən xarici təcavüzkar Kubada böyük müqavimətlə qarşılaşacaq“.

Azpost.info bildirir ki, bu barədə Kuba prezidenti Migel Dias-Kanel bunu sosial mediada yazıb. O, ABŞ prezidenti Trampın Kubaya yönəlik hədələrini qəbul etmədiklərini vurğulayıb.

“ABŞ  hər gün açıq şəkildə Kubanı  konstitusiya quruluşunun zorakılıqla devrilməsi ilə hədələyir. Onlar hiddət doğuran bəhanədən istifadə edirlər: Ciddi məhdudiyyətlər üzündən zəifləmiş iqtisadiyyatla. Bu sanksiyalarla ABŞ 60 ildən çoxdur ki, Kubanı təcrid etməyə çalışır”- deyə Kuba prezidenti yazıb.

Prezident yazıb ki, ABŞ  ölkəni, onun resurslarını, əmlakını və hətta iqtisadiyyatın ələ keçirmək planlarını elan edir və Kubanı təslim olmağa məcbur etmək üçün boğmağa çalışırlar.

“Bütün xalqa qarşı kollektiv cəza kimi istifadə edilən qəddar iqtisadi müharibəni yalnız bu izah edə bilər. Ən pis ssenari ilə üzləşən Kuba istənilən xarici təcavüzkarın qarşısıalınmaz müqavimətlə qarşılaşacağına əmindir”, – deyə Kuba prezidenti qeyd edib.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Kubaya hücum etmək istədiyini bildirmişdi.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.