Küləyin sürəti saniyədə 30-32 metrə çatacaq- XƏBƏRDARLIQ

Oktyabrın 11-i gündüzdən 12-si gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20 metr, arabir 23-28 metr olacağı, yarımadanın bəzi yerlərində arabir 30-32 metrədək güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, oktyabrın 11-i axşamadək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə – Balakən-Şəki, Quba-Qusar, Qarabağ və Şərqi Zəngəzur, Mərkəzi Aran, Dağlıq Şirvan, Naxçıvan Muxtar Respublikasında, Lənkəran-Astarada yağıntıların leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Oktyabrın 11-dən 12-si səhərədək qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20, arabir 23-25 metr olacağı, oktyabrın 11-də gündüz ayrı-ayrı yerlərdə arabir 30 metrədək güclənəcəyi ehtimal edilir.

Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Talaçay, Şinçay, Kürmükçay, Oğuz-Qəbələ bölgəsinin Göyçay, Dəmiraparançay, Girdimançay, Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay, Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi bildirilir.

 

Əvvəlki məqalə

Azərbaycanda xarici sənədlərin məsafədən tərcüməsi xidməti yaradılıb

Sonrakı məqalə

Как отразится “судный день ” Израиля на Южном Кавказе –