Küləkli hava şəraiti ilə bağlı sarı- XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti dekabrın 19-u gecə və səhər bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Xidmətdən verilən məlumata görə, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl, Qazax, Ağstafa, Goranboy, Mingəçevir, Samux, Ceyrançöl, Gəncə, Daşkəsən, Naftalan, Qusar, Şəki, Qax, Zaqatala, Qobustan, Kəlbəcər, Laçın, Qubadlı, Neftçalada sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.