Kür çayında gəzinti zamanı batan şəxslərdən birinin meyiti tapılıb –FHN

Yanvarın 31-də Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdıqları ehtimal olunan Yusifov Səfxan Aydın oğlu və Sadıxbəyli Ramin Qaçay oğlunun axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən davam etdirilir.

FHN-in mətbuat xidmətindən bildiriblər ki, aparılan axtarış işləri nəticəsində dalğıc-axtarış qrupu tərəfindən 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun cəsədi fevralın 3-də günorta saatlarında Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Batdığı ehtimal olunan Yusifov Səfxan Aydın oğlunun axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada COVID-19-a qarşı peyvənd olunanların sayı yoluxanları ötüb –

Sonrakı məqalə

Azərbaycanın “Avroviziya-2021” təmsilçisi məlum oldu