Dünyada COVID-19-a qarşı peyvənd olunanların sayı yoluxanları ötüb –ÜST

Dünya üzrə COVID-19 virusuna qarşı peyvənd olunanların sayı yoluxanların miqdarını ötüb.

TASS agentliyi xəbər verir ki, dünyada indiyədək azı 105,1 milyon nəfər peyvənd olunub. Pandemiyanın başlanğıcından bəri yoluxanların sayı isə təxminən 103,9 milyon nəfərdir (onların 2,2 milyonu həyatını itirib).

Ən çox peyvəndləmə (33,7 milyon) ABŞ-da aparılıb. İkinci yerdə Böyük Britaniya (10,2 milyon nəfər), üçüncü yerdə İsrail (5,05 milyon nəfər) gedir.

Əhali sayına düşən peyvəndləməyə görə isə birinci yerdə İsraildir (56,86 faiz). Sonrakı iki yerdə Birləşmiş Ərəb Əmirlikləri və Seyşel adaları qərarlaşıb – müvafiq olaraq 38,83 faiz və 36,25 faiz. Britaniyada əhalinin 15,3 faizi, Bəhreyndə 11,2 faizi, ABŞ-da 10,3 faizi peyvəndlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident ABŞ Etnik Anlaşma Fondunun təsisçisini qəbul edib

Sonrakı məqalə

Kür çayında gəzinti zamanı batan şəxslərdən birinin meyiti tapılıb –