Novruz Bayramı ilə bağlı tədbirlər keçiriləcək? –AÇIQLAMA

“Koronavirusla bağlı İçərişəhərə turist axınında dəyişiklik hiss etməmişik”.

Bunu mətbuat konfransında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin (DTMQİ) Aparat rəhbəri Riyad Qasımov deyib.

O bildirib ki, koronavirusun ölkədə yayılmasının qarşısının alınması məqsədi ilə dövlət səviyyəsində müxtəlif tədbirlər həyata keçirilir: “Ümid edirik ki, görülən tədbirlər nəticəsində koronavirus təhlükəsi İçərişəhərə turist axınına heç bir təsir göstərməyəcək”.

R.Qasımov Novruz bayramı tədbirlərinin ötən il olduğu kimi bu il də martın 19-dan 29-dək davam edəcəyini vurğulayıb: “Kütləvi tədbirlərin keçirilməsinə heç bir məhdudiyyət qoyulmayacaq. Bildiyiniz kimi Novruz bayramında İrandan da ölkəmizə turist axını olur. İçərişəhər qapalı məkan olmadığı üçün turistlərin axınının qarşısını almaq mümkünsüzdür. Lakin biz çalışacağıq ki, İçərişəhərdə turistlərlə bağlı hər hansı bir şübhəli məqam olduqda əməkdaşlarımız tərəfindən dərhal müvafiq dövlət qurumlarına məlumat verilsin”.

Aparat rəhbəri İçərişəhər DTMQİ-nin tabeliyində olan muzeylərdə dezinfeksiya işlərinin daim aparıldığını da vurğulayıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Roma Papasında koronavirus aşkarlanmayıb

Sonrakı məqalə

Virusun aşkarlanması üçün xüsusi tibb müəssisələri müəyyənləşdirilib –