Roma Papasında koronavirus aşkarlanmayıb

Roma Papası Frensisk testdən keçib və onda yeni koronavirus (COVID 19) aşkarlanmayıb.

Bu barədə “Reuters” məlumat yayıb. Müqəddəs Taxt-Tacın nümayəndələri hələlik bu informasiyanı şərh etmir.  

Qeyd edək ki, 83 yaşlı Frensisk nasazlığı səbəbindən bir neçə tədbirdə iştirak etməyib. Bu fakt koronavirusun yayılması fonunda bəzi şayiələrə səbəb olmuşdu. “MSM News” portalında ötən həftə Roma Papasının yaxın ətrafında olan insanların koronavirusa yoluxmasının mümkünlüyü, bu səbəbdən Vatikanda karantin elan olunması barədə məqalə dərc olunmuşdu. Vatikanın mətbuat xidməti isə bu informasiyanın əsassız olduğunu bildirmişdi. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda koronavirusa yoluxmuş şəxslərin vəziyyəti necədir? –

Sonrakı məqalə

Novruz Bayramı ilə bağlı tədbirlər keçiriləcək? –