Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Lənkəran Dövlət Universitetində “Şuşa ili” qeyd olunub –

User 01 İyun 2022 - 16:11 (Last updated: 21 May 2025 - 20:15)
ldu06

Lənkəran Dövlət Universitetində (LDU) universitetin nəzdində fəaliyyət göstərən Sosial və Aqrar-Texnoloji Kolleclə birgə Azərbaycan Respublikası Prezidentinin “2022-ci ilin Şuşa ili elan olunması barədə” 5 yanvar 2022-ci il tarixli sərəncamına müvafiq olaraq   tədbir keçirilib. Tədbirə Lənkəran-Astara Regional Təhsil və Regional Mədəniyyət İdarələrinin rəsmiləri də qatılıb.

Tədbir iştirakçıları ilk öncə universitetin Böyük akt zalında universitet və LDU nəzdində fəaliyyət göstərən Sosial və Aqrar-Texnoloji Kollec tələbələrinin   “Şuşa ili”nə həsr olunmuş rəsm əsərləri və qurama əl işlərindən ibarət yaradıcı sərgi ilə  tanış olublar.

Tədbiri LDU-nun rektoru, professor Natiq İbrahimov açaraq bütün iştirakçıları salamlayıb. Bayram ovqatlı tədbiri universitetin həyatında xoş hadisə adlandıran rektor  bildirib ki,  ölkə Prezidenti cənab  İlham Əliyev tərəfindən Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar ölkəmizdə 2022-ci ilin “Şuşa ili” elan olunması  çox mütərəqqi bir addımdır. “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı” elan olunmasından sonra  bir sıra tədbirlərin – “Xarıbülbül” festivalı, “Vaqif Poeziya Günləri”, Dünya Azərbaycanlılarının V Qurultayı və s. beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyini deyən professor Natiq İbrahimov bildirib ki, biz 28 il yarım həsrətlə Şuşanın azad olunmasını gözləmişik və bu gün artıq azad Şuşanın bayram ovqatlı  tədbirinə yığışmışıq. Rektor tədbir iştirakçılarını yaxın günlərdə Lənkəran Dövlət Universitetinin professor-müəllim-tələbə heyətinin də Azərbaycanın qədim şəhəri, mədəniyyət paytaxtı Şuşa şəhərinə səfərinin planlaşdırıldığı xəbəri ilə müjdələyib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov çıxışlarında 44 günlük Vətən müharibəsində qazanılan Zəfəri Azərbaycan tarixinin ən şərəfli səhifəsi kimi dəyərləndiriblər. Çıxışlarda  tədbirin keçirilməsində əsas məqsədin Qarabağın, o cümlədən, Şuşanın zəngin mədəniyyətinin, tarixinin, təbiətinin tanıdılması, təbliğ edilməsi və yetişməkdə olan gənc nəslə çatdırılması olduğunu deyən natiqlər qeyd ediblər ki, Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazıb. Məhz Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olunub. Çıxışçılar böyük qürur hissilə qeyd ediblər ki,  bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə Şuşada müasir  infrastruktur  qurulur, tarix-mədəniyyət abidələrinin bərpası işləri sürətlə davam etdirilir.

Tədbirdə LDU-da keçirilmiş regional fənn olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Qaliblərə diplom, medal və xatirə hədiyyələri təqdim edilib.

“Şuşa ili”nə həsr edilmiş tədbir Lənkəran Dövlət Universiteti və universitetin nəzdində fəaliyyət göstərən Sosial və Aqrar-Texnoloji Kollec tələbələrin ifasında vətənpərvərlik mövzusunda möhtəşəm  müsabiqə- konsert proqramı ilə davam edib.

Tədbirin sonunda rəsm və muğam müsabiqəsinin qalibləri elan olunub.

 

Post navigation

Previous: Prezident hərbi xidmətə çağırış haqqında Sərəncam imzaladı
Next: “Dərin ərzaq böhranı astanasındayıq” –

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.