Sosial şəbəkədə Lənkəranda “Ziyalılar Evi”nin söküləcəyi ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirilib.
Azpost.info bildirir ki, Lənkəran Dövlət Universitetinin balansında olan bina əsaslı təmir üçün bağlanıb. Bu barədə LDU-nun mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova məlumat verib.
Onun sözlərinə görə, sovet dövründə “Ziyalılar Evi” kimi tanınan binada hazırda LDU-nun elmi kitabxanası və iclas zalı yerləşir. Bu binanın əsaslı təmirinə başlanılıb. Bina tam rekonstruksiya olunacaq və burada elmi kitabxana , elektron kitabxana, oxu zalları və iclas zalı yerləşdiriləcək. E.İsmayılova binanın təmirdən sonrakı layihə görünüşünü də təqdim edib.