Lənkəranda məşhur “Ziyalılar Evi” sökülür? –AÇIQLAMA (FOTO)

Sosial şəbəkədə Lənkəranda “Ziyalılar Evi”nin söküləcəyi ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirilib.

Azpost.info bildirir ki, Lənkəran Dövlət Universitetinin balansında olan bina əsaslı təmir üçün bağlanıb. Bu barədə LDU-nun mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova məlumat verib.

Onun sözlərinə görə, sovet dövründə “Ziyalılar Evi” kimi tanınan binada hazırda LDU-nun elmi kitabxanası və iclas zalı yerləşir. Bu binanın əsaslı təmirinə başlanılıb. Bina tam rekonstruksiya olunacaq və burada elmi kitabxana , elektron kitabxana, oxu zalları və iclas zalı yerləşdiriləcək. E.İsmayılova binanın təmirdən sonrakı layihə görünüşünü də təqdim edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərli həbs edildi

Sonrakı məqalə

Ceyhun Bayramov Pakistan Ordusunun Baş Qərargah rəisi ilə görüşüb