Lənkəran rayonu Haftoni qəsəbəsində Beta çay şirkətinə verilmiş meşə ərazisində işlər dayandırılıb.
Azpost.info bildirir ki, bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firodvsi Əliyev bildirib. Onun sözlərinə görə, hazırda ərazidə monitorinq aparılır.
F.Əliyev yerli məmurların məsuliyyətsizliyi üzündən bir sıra ağacların kəsilməsini istisina etməyib. Bununla bağlı hazırda araşdırma aparılır.
Xatırladaq ki, Azpost.info bir neçə gün əvvəl yaydığı məlumatda Lənkəranın Haftonu qəsəbəsi yaxınlığında meşə massivi qırılaraq yerində çay plantasiyası salınması barədə məlumat yaymışdı. Bu barədə “ekofront” ekologiya könüllüləri məlumat vermişdirlər.
Məlumatda deyilirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 45 hektar meşə torpağını “Beta” şirkətinə verib. Şirkət isə meşə ərazisində ağacları qıraraq torpaq işləri aparır.