Xalq artisti Cavanşir Quliyev Diaspora Komitəsini təbrik edib

Azərbaycanın tanınmış bəstəkarı, Yakın Doğu Universitetinin professoru, bəstəkar Cavanşir Quliyev Diasporla İş üzrə Dövlət Komitəsinin yaranması günü münasibəti ilə Komitənin əməkdaşlarını təbrik edib. 

Diasporla İş üzrə Dövlət Komitənin dövlət üçün əhəmiyyətli bir qurum olduğunu və Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırılmağa davam etdiyini bildirib.  O, əlavə edib ki, Azərbaycanın mübarizəsi hələ bitməyib və bundan sonra da  Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan diasporunun üzərinə böyük vəzifələr düşür. Azərbaycan diasporunun erməni diasporundan daha güclü olduğunu vurğulayan bəstəkar bu məsələdə Dövlət Komitəsinin xidmətlərini yüksək qiymətləndirib:“Xaricdə yaşayan azərbaycanlı olaraq deyə bilərəm ki, son illərdə Komitənin fəaliyyətində fəallıq müşahidə olunur. Artıq mən də Diaspora Komitəsinin müxtəlif tədbirlərində iştirak edirəm”.

Sonda Cavanşir Quliyev diaspor işinin məqsədinə uyğun olaraq  Vətənimizin beynəlxalq arenada gücləndirilməsinin, tanıdılmasının hər bir azərbaycanlı üçün önəmli olduğunu vurğulayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qəbələdə müəllimə intihar edib

Sonrakı məqalə

Lənkəranda meşə ərazisinin qırılması dayandırıldı, araşdırma aparılır –