Fəaliyyətini dayandırdğını bəyan etmiş bir sıra siyasi partiyaların Mərkəzi Seçki Komissiyasının rəsmi saytında qeydiyyatı ləğv edilməyib.
Azpost.info bildirir ki, bu partiyalar MSK-nın saytında fəaliyyətdə olan təşkilatlar kimi qeydə alınıb.
Siyahıda yer alan Yeni Yol, Birlik, Qorqud, Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Demokratik Maarifçilik Partiyası, Sosial Rifah, ASDP, ALDP, Milli Vəhdət, Təkamül, Vətəndaş Birliyi, VİP, MXP partiyaları ləğv olunduqlarını rəsmən elan etsələr də adları MSK-nın “Dövlət qeydiyyatına alınmış siyasi partiyalar” bölməsində saxlanılır.
Bu partiyaların reyster məlumatları aktivdir və daxil olduda 2022-ci il üçün təqdim etdikləri maliyyə hesabatları ilə tanış olmaq mümkündür.
Siyahıda qara şiriftlərə qeyd olunmuş digər partiyalarla bağlı link isə aktiv deyil. Bu onu göstərir ki, həmin partiyaların özünü burxması barədə bəyanatları nəzərə alınıb.
2023-cü il yanvarın 11-də qüvvəyə minən “Siyasi partiyalar haqqında” yeni qanuna görə, partiyalar yenidən dövlət qeydiyyatından keçib. 23 siyasi partiyanın qeydiyyatı təsdiqlənib.
Azpost.info