Lənkəranda ən böyük qəsəbənin avtomobil yoluna asfalt döşənir- FOTO

Lənkəran rayonunun ən böyük yaşayış məntəqələrindən olan Haftoni qəsəbəsini Ləj kəndi ilə birləşdirən yola asfalt çəkilir.

“Report”un Cənub Mərkəzi xəbər verir ki, yol uzun müddət hərəkət üçün yararsız vəziyyətə olduğundan sakinlərin narahatlığına səbəb olurdu.

Hazırda yol ağır texnikalar vasitəsilə hamarlanaraq yatağı çınqılla möhkəmləndirilib. 3 200 kv/metr yol sahəsinə isti asfalt döşənib, yol çiyinləri yenidən qurulub, suötürücü qurğular quraşdırılıb və yol boyu abadlıq işləri görülüb.

Qəsəbədə yol infrastrukturunun yenidən qurulması rayonda turizmin inkişafı baxımından da çox əhəmiyyətlidir. Belə ki, qəsəbənin Ələt-Astara-İran İslam Respublikası magistral avtomobil yoluna bitişik ərazidə yerləşməsi və burada yeni istifadəyə verilmiş beynəlxalq əhəmiyyətli İstisu Müalicə və İstirahət Mərkəzinin fəaliyyət göstərməsi turizmin inkişafı üçün çox əhəmiyyətlidir və qəsəbəətrafı yolların asfaltlanması bu imkanları daha da genişləndirəcəkdir.

Ötən dövr ərzində ölkəmizin hər yerində olduğu kimi, Lənkəran rayonunda da yol infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr kerçəkləşdirilərək ümumi uzunluğu 200 km-dək olan şəhərdaxili küçələr, magistral və kəndlərarası yollar başdanbaşa yenidən asfaltlanıb. Təkcə son illərdə rayonda 7 iri yol layihəsi həyata keçirilib. Koronavirus pandemiyasının yaratdığı labüd çətinliklərə baxmayaraq, cari ilin birinci yarısında Lənkəran və Liman şəhərlərində 8 küçə asfaltlanaraq sakinlərin və nəqliyyatın rahat hərəkəti təmin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydası dəyişib

Sonrakı məqalə

MÜHARİBƏNİN DİQTƏ ETDİYİ SÜLH –