Lənkəranda 15 yaşlı yeniyetmə dənizdə boğulub

Lənkəranda dənizdə bir nəfər boğulub.

Lənkəran rayonunun Sütəmurdov kəndində nəzarətsiz çimərlikdə Cəlilabad rayon sakini, 2007-ci il təvəllüdlü Nuran Əlafət oğlu Əmirov batmaq təhlükəsi ilə üzləşib. Yeniyetmə ətrafdakıların köməyi ilə sudan çıxarılıb.

Hadisə yerinə Təcili Tibbi yardım briqadası cəlb olunub. Həkimlərin səylərinə baxmayaraq, N.Əmirovun həyatını xilas etmək mümkün olmayıb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.