Lənkəranda 24 aylıq “AgriVision” layihəsi həyata keçirilir

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu, “Konstitusiya” Araşdırmalar Fondu ilə birlikdə Lənkəran iqtisadi rayonunda 24 aylıq “AgriVision” layihəsini həyata keçirir.

Layihənin məqsədi Azərbaycanın cənub bölgəsindəki kənd ailələrinə gəlirlərini artırmağa və Azərbaycanda şəhər ilə kənd arasında əlaqəni gücləndirməyə kömək edəcək davamlı, təkrarlana bilən aqrar/eko-turizmin inkişaf mexanizmi yaratmaq və sınaqdan keçirməkdir.

Layihənin əsas hədəflərindən biri də marketinq və brendləşdirmə yolu ilə ölkə daxilində və xarici auditoriya üçün Azərbaycanın cənub bölgəsindəki aqrar / eko-turizm məkanlarının görünürlüyünü və təbliğini artırmaqdır. Bu məqsədlə Avrasiya Əməkdaşlıq Fondu layihə çərçivəsində həyata keçirilən ekspert qiymətləndirmələrinin nəticələrinə əsasən seçilmiş bütün turizm məntəqələri üçün əsas marketinq planı və brendinq paketi hazırlayacaq mütəxəssislərindən ibarət bir heyət yaradıb. Bu heyətin tərkibinə peşəkar foto və video materiallar hazırlayacaq çəkiliş komandası da daxildir.

Marketinq planını hazırlayanlar ilk öncə aqrar/eko-turizm məkanları barədə məlumatlılıq səviyyələrini və gözləntiləri, habelə məlumat almaq üçün üstünlük verilən yolları (vasitələri) müəyyənləşdirmək üçün Bakı sakinləri – turizm məntəqələrinin potensial müştəriləri ilə onlayn sorğular və fokus qrup araşdırmaları keçirib. Daha sonra onlar seçilmiş turizm məntəqələrinə səfər edərək ordakı mövcud vəziyyətlə birbaşa tanış olublar. Həmçinin konsorsiumun üzvləri ilə marketinq təkliflərini müzakirə edərək marketinq planınının  hazırlanması üçün onların rəyləri öyrəniblər. Eyni zamanda çəkiliş komandası bu səfərlər zamanı turizm məntəqələrində çəkilişlər apararaq marketinq üçün lazım olan professional tanıtım materiallarını hazırlayıb.

Bununla yanaşı, hal-hazırda layihə regionunda təklif olunan aqrar/eko-turizm xidmətləri üçün marketinq planının vacib hissəsini təşkil edəcək brendləşdirmə paketi də hazırlanır. Paketə logolar, layihəyə seçilmiş turizm məkanları üçün vahid, tanınan və mədəni cəhətdən uyğun bir marka yaratmaq üçün vacib olan digər komponentlər daxil ediləcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezidentin köməkçisi: “Növbəti mərhələdə teatr və kinoteatrların açılması müzakirə olunur”

Sonrakı məqalə

“Laçın dəhlizi, Xocavənd və Naxçıvanda döyüşlərin getməsi barədə məlumatlar əsassızdır” –