Lənkəranda 8 yaşlı uşaq iynə vurulduqdan sonra ölüb

Lənkəran rayonunun Vilvan kəndində 2012-ci il təvəllüdlü Hüseyn Kazımov inyeksiya olunduqdan sonra halı pisləşib və şok vəziyyətinə düşüb.

Uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq H.Kazımov həyatını itirib. Mərhumun meyiti müayinə olunmaqdan ötrü Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Bədbəxt hadisənin hansı səbəbdən baş verdiyi ekspertizanın rəyindən sonra dəqiq bilinəcək.

Faktla bağlı araşdırma aparılır. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yapon şahzadəsi Mako tələbə yoldaşı ilə evlənir –

Sonrakı məqalə

“Qoy nə istəyirlər desinlər, yazsınlar” –