Lənkəranda ana doğuş zamanı ölüb

Lənkəranda doğuş zamanı ana ölümü olub.

Lənkəran rayonunun Ləj kənd sakini 1995-ci il təvəllüdlü Gülnar Xanhüseyn qızı Fərzəliyeva dünən gecə saatlarında qanaxma ilə Lənkəran Perinatal Mərkəzə çatdırılıb. Xəstə təcili əməliyyata götürülüb.

Keysəriyyə əməliyyatı zamanı 8 aylıq olan uşaq götürülsə də, 28 yaşlı Gülnarın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Gülnar Fərzəliyeva Liman şəhərində yaşayıb. Onun 9 yaşlı bir oğlu var və bu onun ikinci hamiləliyi idi. Hazırda 8 aylıq körpə küməcdə saxlanılır. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.