Lənkəranda məktəb direktoru avtomobil qəzasında həlak olub

Lənkəranda məktəb direktorunun ölümü ilə nəticələnən yol qəza hadisəsi ilə bağlı Lənkəran – Astara regional təhsil idarəsi açıqlama yayıb.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən APA-ya verdiyi açıqlamada bildirilib ki, 28 may saat 12:30 radələrində Lənkəran rayonu Xanbulan kənd ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Rayonun Liman şəhər 2 nömrəli tam orta məktəbinin direktoru ,Məmmədov Ramiz Şahvələd oğlu idarə etdiyi “Nissan” markalı minik maşını ilə qarşıdan gələn avtobusla toqquşub.

Qəza zamanı Ramiz Məmmədov və onunla birlikdə 2 sərnişin müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Onlardan R.Məmmədovun xəsarəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda baş vermiş hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Liman 2 saylı məktəbin direktoru Ramiz Məmmədov Masallı rayon özəl klinikaların birinə göndərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.