Laçın yolundakı nəzarət buraxılış məntəqəsindən ilk erməni avtomobilləri keçib.
Azpost.info bildirir ki, avtomobillər Azərbaycan gömrük əməkdaşları tərəfindən yoxlanılıb.
Qeyd edək ki, Azərbaycan Hökuməti Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd şəkildə sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini və bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib.
Daha sonra, Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurulub.