Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Laçında “MDB Ölkələrinin Müasir Kino İstehsalının İnkişafı” mövzusunda dəyirmi masa keçirilib

User 29 Noyabr 2025 - 17:46 (Last updated: 29 Noyabr 2025 - 17:46)

Laçın şəhərində “MDB-nin Mədəniyyət Paytaxtı – 2025”in bağlanış mərasimi çərçivəsində “MDB Ölkələrinin Müasir Kino İstehsalının İnkişafı” adlı dəyirmi masa təşkil olunub.

APA-nın Laçına ezam olunmuş müxbirinin məlumatına görə, tədbirdə çıxış edən Laçın şəhərində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov bildirib ki, Laçında kino sənayesinin inkişafı üçün addımlar atılır.

“Şəhərdə ilk növbədə kinoteatr və kinopavilyonu bərpa etmişik. Eləcə də Laçında konqres-konsert zalının tikintisini planlaşdırırıq. Ümid edirəm ki, gələcək əməkdaşlıq çərçivəsində kino sənayesinə sərmayə qoyulacaq və bunun faydasını görəcəyik”, – deyə o bildirib.

Daha sonra çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov qeyd edib ki, 34 yerli kino istehsalı şirkətinə 20 milyon manatdan çox dövlət dəstəyi ayrılıb: “Bu dəstək Azərbaycanda kino sənayesinin gələcək inkişafına kapital qoyuluşudur”.

“Qırğızfilm” Milli kinostudiyasının aparıcı mütəxəssisi Rabia Mirlanova isə qeyd edib ki, Kino humanitar əməkdaşlığın güclü vasitələrindən biridir.

“Kino elə bir yatırım sahəsidir ki, bu, əsrlərlə qala bilər. Bu da o deməkdir ki, kino ölkələr arasında mədəni münasibətlərin inkişafı üçün unikal vasitədir”, – deyə o bildirib.

Özbəkistan Kinematoqrafiya Agentliyinin Ekspert Komissiyasının üzvü, Özbəkistan Film İstehsalçıları Birliyinin sədri Kuçkarov Mannob isə kino vasitəsilə ortaq mədəniyyət, tarix, sənət və ədəbiyyatı geniş şəkildə təbliğ etməyin mümkün olduğunu bildirib.

Dəyirmi masa xarici qonaqların da iştirakı ilə müasir kinonun inkişafı ilə bağlı fikir mübadiləsi ilə davam edib.

AzPost.az

Post navigation

Previous: Tramp Venesuelanın hava məkanını bağlı elan edib
Next: Ukrayna Qara dənizin Türkiyə sularında Rusiyanın iki tankerini vurduğunu açıqlayıb

Oxşar xəbərlər

gulmek
  • Sosial

İnsan hirsindən nə üçün gülür? – Psixoloqlar bunun səbəbini açıqlayır

User 21 Oktyabr 2026 - 17:23
derman
  • Sosial

İnsultun müalicəsində yeni dərman təsdiqləndi – Laxtanı saniyələr içində həll edir

User 21 Oktyabr 2026 - 17:11
menzil
  • Sosial

Kirayə mənzil almaq istəyənlər üçün yeni qaydalar – şərtlər dəyişdi

User 21 Oktyabr 2026 - 16:41

xƏBƏR

putin uitkof
  • Dünya

ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların növbəti mərhələsi başlayır

User 21 Oktyabr 2026 - 21:39
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff müharibənin dayandırılmasına yönəlmiş Rusiya, Ukrayna və Avropa nümayəndələri ilə danışıqların konstruktiv...
Read more about ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların növbəti mərhələsi başlayır
İran ABŞ-a 7 maddəlik plan təqdim etdi – Müharibə nə vaxt dayanır? abs iran danisiq
  • Dünya

İran ABŞ-a 7 maddəlik plan təqdim etdi – Müharibə nə vaxt dayanır?

User 21 Oktyabr 2026 - 21:31
Ərdoğan Prezident İlham Əliyevə zəng edib ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Prezident İlham Əliyevə zəng edib

User 21 Oktyabr 2026 - 19:54
Putin noyabrda ABŞ və Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan edib – AÇIQLAMA putin uitkof
  • Dünya

Putin noyabrda ABŞ və Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan edib – AÇIQLAMA

User 21 Oktyabr 2026 - 18:30
“Şahdəniz”də yeni mərhələ – Kompressiya layihəsi Azərbaycana nə qazandıracaq? Şahdəniz
  • Baş Yazı

“Şahdəniz”də yeni mərhələ – Kompressiya layihəsi Azərbaycana nə qazandıracaq?

User 21 Oktyabr 2026 - 18:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.