Lalə Şövkətin səhhətində ciddi problemlər yaranıb –AÇIQLAMA

Azərbaycan Liberal Partiyasının lideri, professor Lalə Şövkətin səhhətində ciddi problemlər yaranıb. O, ciddi cərrahiyyə əməliyyatı ərəfəsindədir”.

Azpost.info bildirir ki, bu barədə ALP-nin sədri Əvəz Temirxan məlumat verib.

“Biz, Liberal Partiyanın üzvləri Azərbaycan siyasətində dürüstlük və mərdlik simvoluna çevrilən Lalə Şövkət xanıma şəfa diləyirik. Biz hamımız bu günlərdə Allaha dua edirik ki, bu çətin sınaqdan uğurla keçsin. Biz, Liberal Partiyanın üzvləri Lalə Şövkət xanıma ancaq lider kimi yox, həm Ana kimi baxırıq, ona görə sevgimiz və bağlılığımız çox güclüdür. Allah onu bizə bağışlasın!”

Lalə Şövkət 1993-cü ildə Azərbaycanın Dövlət katibi olub. Daha sonra postundan istefa verib və Liberal Partiyasını qurub. 2003-cü ildə prezidentliyə namizəd olub. 2005-ci ildə Milli Məclisə keçirilən seçkilərdə iştirak edib. Qalib gəlsə də mandatdan imtina edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir