Latviya 6000-ə qədər rusiyalının ölkəni tərk etməsini tələb edəcək

Artıq sentyabr ayında Latviyada daimi yaşayan bir neçə min Rusiya vətəndaşı Vətəndaşlıq və Miqrasiya İşləri İdarəsindən bu ölkəni tərk etmək tələbi ala bilər.

Azpost.info xəbər verir ki, Seymin Vətəndaşlıq, Miqrasiya və Sosial Birlik Komissiyasının rəhbəri İnqmar Lidakinin sözlərinə görə, bunlar Avropa İttifaqının daimi sakini statusu almaq üçün məcburi olan Latviya dili imtahanına yazılmayanlardır. Üstəlik daimi yaşayış icazəsinin uzadılması üçün heç bir sənəd təqdim etməyiblər.

Latviya Daxili İşlər Nazirliyi insanların ölkəni tərk etmələrini tələb edən məktubların artıq hazırlandığını və bu məktubu alanların sayının təxminən 6 min nəfərə çata biləcəyini təsdiqləyib.

“İnsanın tələsmədən getməsi üçün 3 ay vaxt verilir. Əgər şəxs Latviyada qeyri-qanuni qalmağa davam edərsə, o zaman dövlət qurumları bundan xəbər tutacaq və onlara getməyi xatırladacaqlar”, – nazirlik qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Ciddədə Ukrayna üzrə danışıqlar başlayıb

Sonrakı məqalə

Gürcüstanda təbii fəlakət qurbanlarının sayı 15 nəfərə yüksəlib