Latviyanın Konstitusiya Məhkəməsi latış dili imtahanından vaxtında keçməyən respublikada daimi yaşayış yeri olan Rusiya vətəndaşlarının deportasiyasını qanuni hesab edib.
Azpost.info xəbər verir ki, qərara əsasən, ayrılmış iki il müddət hakimiyyətin tələblərinin təmin edilməsi üçün kifayət hesab edilib.
Deportasiya Latviyada hüquqi statuslarını saxlamaq üçün heç bir səy göstərməyən, həmçinin bu ölkə ilə əlaqələrdə maraq nümayiş etdirməyən ruslara qarşı adekvat tədbir hesab edilib.
Eyni zamanda məhkəmə qeyd edib ki, deportasiya ilə bağlı qərarlar kollektiv deyil, şəxsi qaydada veriləcək.
Bu tədbirlərin dövlət təhlükəsizliyini təmin etmək üçün tətbiq edildiyi deyilir.
Azpost.info