Latviya hökuməti istefaya gedib

Latviya hökuməti istefaya gedib.

Azpost.info xəbər verir ki, Baş nazir Krişyanis Karins hökumətin istefası barədə ölkə prezidenti Edqars Rinkeviçsə məlumat verib.

Onun sözlərinə görə, prezident Nazirlər Kabinetinin istefası barədə məlumatı təsdiqləyib, Karinsə gördüyü işlərə görə təşəkkür edib və bildirib ki, yeni koalisiyanın qurulması ilə bağlı gələn həftə Seymdə təmsil olunan siyasi qüvvələrlə məsləhətləşmələr aparılacaq.

Rinkeviç onu da qeyd edib ki, Latviya cəmiyyəti yüksək elektrik enerjisi tarifləri, bank kreditləri üzrə faiz dərəcələri və ərzaq qiymətlərinin artması kimi bir sıra məsələlərin həllini gözləyir.

Azpost.info

Əvvəlki məqalə

“Paşinyan “Ağdam-Xankəndi” yolundan istifadəni qəbul etməməklə vəziyyəti gərginləşdirir”

Sonrakı məqalə

İqtisadi fəal əhalinin sayı açıqlanıb