“Latviya Rusiya ilə dava etməklə özünü məhv edir”- Federasiya Şurasının rəsmisi

“Rusiyanın Latviya üzərində təsir rıçaqları var və bu qərarlara cavab çox ciddi ola bilər”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Vladimir Cabarov deyib.

“Latviya Seymi tamamilə məsuliyyətsiz hərəkət edir. O, əslində, öz dövlətini məhv edir, çünki vaxtılə Latviyaya müstəqillik verən, nasist işğalçılarından azad edən Rusiya kimi böyük qonşusu ilə dava edir. Bu cür bəyanatlar yalnız onu göstərir ki, oradakı siyasətçilər britaniyalıların və amerikalıların cızdığı illüziya aləmində yaşayırlar. Başa düşmürlər ki, onlardan istifadə edirlər”, – Şura rəsmisi bildirib.

Qeyd edək ki, Latviya Rusiyanı terrorizmin sponsoru elan edib və Avropa İttifaqı ölkələrini ruslara turist və giriş vizalarının verilməsini dərhal dayandırmağa çağırıb.

Azpost.info

 

Əvvəlki məqalə

“AYB uçurumun kənarına gəlib, onu AMEA-nın taleyi gözləyə bilər” –

Sonrakı məqalə

Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri aparılır –