Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri aparılır –MÜDAİFƏ NAZİRLİYİ/VİDEO

Azərbaycan Ordusu tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində nəzarətə götürülən Buzdux və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklərdə mühəndis təminatı üzrə tapşırıqlar yerinə yetirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və dəqiqləşdirilmiş mövqelərə təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.

“Azad edilən ərazi və hakim yüksəkliklərdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir”, MN-dən bildirilib.

Əvvəlki məqalə

“Latviya Rusiya ilə dava etməklə özünü məhv edir”

Sonrakı məqalə

Gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət olundu