Lavrov bu tarixdə Bakıya gələcək

Rusiya xarici işlər naziri Sergey Lavrov fevralın 27-28-də Azərbaycana səfər edəcək.

Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Lavrov Bakıya səfəri çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.

Zaxarova Rusiya XİN başçısının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də qəbul olunmasının planlaşdırıldığını qeyd edib.

Əvvəlki məqalə

Qazaxıstanın daxili işlər naziri Azərbaycana gəldi, Vilayət Eyvazovla görüşdü –

Sonrakı məqalə

“Putinin bu çıxışı yəqin ki, Stalinin xoşuna gələrdi”