Lavrov İran və İsraildən danışdı – təhlükəli həddə çatıb

Yaxın Şərqdə “zorakılıq qövsü” genişlənib və İran-İsrail qarşıdurması təhlükəli həddə çatıb.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilin yekunlarına dair “TASS”a müsahibəsində deyib.

Onun sözlərinə görə, Yaxın Şərq ölkələrində xroniki gərginlik və münaqişələrin alovlanmasının təkrarlanması əsasən ABŞ-nin məsuliyyətsiz hərəkətlərinin nəticəsidir.

“Qeyd olunan amillərin birləşməsi ötən ilin oktyabrında Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin qeyri-sabitləşməsinə səbəb olub. O vaxtdan bəri Fələstin-İsrail münaqişəsi zonasından zorakılıq qövsü Livan və Qırmızı dənizə qədər uzanıb. İran-İsrail qarşıdurması təhlükəli həddə çatıb”, – nazir qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.