Rusiyanın xarici işlər naziri Sergey Lavrov İstanbulda Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Azpost.info xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya Xarici İşlər Nazirliyinə istinadən yazıb.
Görüşün təfərrüatları açıqlanmayıb.
Lavrov Cənubi Qafqaz və Yaxın Şərqdə əməkdaşlıq məsələlərinin müzakirə olunduğu “3+3” formatında keçiriləcək görüşdə iştirak etmək üçün oktyabrın 17-də İstanbula gedib.
“3+3” regional məşvərət platformasının üçüncü iclasında iştirak etmək üçün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və İranın xarici işlər naziri Abbas Əraqçı da İstanbuldadır.
Azpost.info