Lavrov Xəzəryanı ölkələrin səfirləri ilə görüşüb

Avqustun 18-də Moskvada Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan səfirləri ilə 12 Avqust Beynəlxalq Xəzər Gününə həsr olunmuş görüş keçirib.

Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Xəzər regionunda çoxşaxəli əməkdaşlığın geniş spektri məsələləri ətrafında maraqlı fikir mübadiləsi aparılıb.

Həmçinin “Beşlik” formatında əməkdaşlığın qurulması istiqamətində gələcək addımlar, o cümlədən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskvada keçiriləcək görüşünə hazırlıq müzakirə edilib.

Əvvəlki məqalə

Rusiyada azərbaycanlı professor Akif İbrahimov həbs edilib

Sonrakı məqalə

Bəzi çaylardan sel keçəcəyi gözlənilir